Şou-biznes

Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirildi

Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirildi

Uvertura.az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül səhhətindəki problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Türkiyə mətbuatının məlumatına görə, sənətçinin son zamanlar aldığı bir neçə ölüm xəbəri onun sağlamlığına mənfi təsir edib. Keçən ilin dekabrında 99 yaşlı anası Faike Arıkı itirən Mahsun Kırmızıgül, bir müddət əvvəl ögey anası Zühre Bazencirinin vəfatı ilə daha da sarsılıb. Bundan əlavə, sənətçi iki yaxın dostunu da itirib və bu ardıcıl bəd xəbərlər onun sağlamlığını mənfi yöndə təsirləndirib.

Müğənni yüksək ürək döyüntüsü ilə xəstəxanaya aparılıb. Lakin müayinələrdən sonra onun səhhətində ciddi problem olmadığı müəyyənləşib.

You may also like