Mayın 17-si saat 18:00-da “Mariupol 2” sənədli filmi “Landmark” hotelin “Rotunda” zalında nümayiş ediləcək.
Uvertüra.az Azernews/İngilisə istinadən xəbər verir ki, tədbir Litva və Ukraynanın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil ediləcək.
2015-ci ildə Mantas Kvedaravicius (1976-2022) 2015-ci ildə görüşdüyü və filmə aldığı insanlar ilə yenidən bir arada olmaq üçün 2022-ci ildə Ukrayna, Mariupol-a, müharibənin mərkəzinə yollanmışdı. Vəfatından sonra isə prodüser və digər komandası onun işini, vizyonunu və filmlərini yaşatmaq üçün fəaliyyətlərinə davam ediblər.
Avropa Film Akademiyasına əsasən o 2022-ci ilin ən yaxşı sənədli filmlərindən biri seçilib. Hər il təşkil edilən və 75-ci “Cannes” Film Festivalında isə “Golden Eye” münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.