“Facebook”, “Instagram”, “WhatsApp” platformalarını özündə cəmləşdirən Meta şirkətinin sahibi Mark Zuckerberg Elon Musk-ın sahibi olduğu “Twitter” şirkətinə rəqib olacaq “Threads”ı işə salıb.
Uvertura.az xəbər verir ki, artıq tətbiqə qoşulanların fikrincə, “Threads” daha çox “Facebook”, “Instagram” və “Twitter”in qarışığına oxşayır.
Bildirək ki, yeni sosial platforma artıq “Google Play” üzərindən hamıya əlçatandır və bir çoxları orda özlərinin şəxsi profillərini yaradıblar.
Qeyd edək ki, “Twitter”i aldıqdan sonra Elon Musk istifadəçilərə təsir edə biləcək yeni, gözlənilməz qərarlar qəbul edir, bu da bir çox istifadəçilərdə narazılıq hissi yaradır. Nəticədə, Mark isə bu narazı istifadəçiləri “Threads”ə çəkməyi planlaşdırır.