Bu yay izlənməsinə görə rekorda imza atan “Barbi” filminin qəhrəmanı Marqot Robbienin aldığı qonorar ortaya çıxıb.
Uvertura.az istinad edir ki, insayderlər Robbinin 50 milyon dollar qazanacağını bildiriblər. Buraya Marqotun çəkiliş zamanı aldığı maaş və kassa faizi daxildir.
Rejissor Qreta Qerviq özü də qazanılan uğur və əldə edilən 1,18 milyard dollar üçün yaxşı qonorar əldə edəcək. Bundan əlavə Qerviq kassada bu qədər pul yığmağı bacaran ilk qadın rejissor statusunu alacaq.
Araşdırdı: Nəzrin Zamanli