Hər il təşkil edilən və bu il 76-cı dəfə keçiriləcək “Cannes Film Festival”ı mayın 16-27-də baş tutacaq. Təşkil edilən mətbuat konfransında isə bildirilib ki, rəsmi seçim isə aprelin 13-də Paris şəhərində keçiriləcək. Həftənin əvvəlində isə festivaldan təsdiq ediblər ki, Beynəlxalq Film Festivalı çərçivəsində Hollivud ulduzu Harrison Fordun baş rol ifaçısı olduğu rejissor Ceyms Menqoldun “İndiana Cons və taleyin çarxı” filminin dünya premyerası mayın 18-də olacaq. Daha sonra isə film Fransa kinoteatrlarında iyunun 28-i və 30-da isə ABŞ-da nümayiş ediləcək.
Mayın 16-27-də “Cannes Film Festival”ı keçiriləcək
