Mayın 29-da ABŞ-da “Anım Günü” (Memorial Day) qeyd ediləcək. Həmin gün ABŞ-da hərbi xidmət zamanı həyatını itirən kişilərin və qadınların xatirəsinə həsr edilmiş və May ayının son bazar ertəsi günü keçirilən bir Amerika bayramıdır.
Uvertüra.az xəbər verir ki, “Anım Günün”də bir çox amerikalılar qəbiristanlıqları və abidələri ziyarət edir, ailələri ilə birgə toplaşaraq paradlarda iştirak etməklə qeyd edirlər.
Ölkə şəhərlərində isə hər il tez-tez hərbi heyətin və veteran təşkilatlarının birgə iştirakı ilə Anım Gününün şərəfinə paradlar keçirirlər.
Ən böyük paradlar Çikaqo, Nyu-York və Vaşinqton şəhərlərində təşkil edilir. Həmçinin bir çox insanlar bayram vaxtı yayın qeyri-rəsmi açılışını qeyd etmək üçün barbekyu hazırlayırlar.