Amerikalı aktrisa Megan Fox xarici görünüşü ilə bağlı mətbuata qalmaqallı açıqlama verib.
Uvertüra.az xəbər verir ki, o, müsahibəsi çərçivəsində deyib ki, “Biz kiməsə baxırıq və düşünürük ki, bu insan çox gözəldir. Onun həyatı çox asan olmalıdır. Ancaq çox zaman onlar özləri haqda belə düşünmürlər”.
Onun sözlərinə əsasən əslində onun daxilində çox dərin özünəinamsızlıq yatmaqdadır: “Heç kim mənim haqqımda nəsə bilmir. Onlar mənim uşaqlığımda çətinliklərlə dolu dərin bir boşluğun olduğunu bilmirlər. Bütün bunları isə mənim bədənim özündə saxlamaqdadır”, – deyə aktrisa əlavə edib. Megan qeyd edib ki, uşaq yaşlarından bəri bədəninin fərqində olub və heç vaxt onu sevməyib.
Qeyd edək ki, 3 uşaq anası və çoxsaylı nüfuzlu jurnalların üz qabığını bəzəyən ulduzun belə bir açıqlaması isə maraqla qarşılanıb və qalmaqal yaradıb.