Meghan Markle 33 yaşlı amerikalı müğənni Taylor Swift-in Los Anceles şəhərində təşkil edilən konsertində iştirak edib. Ancaq partnyoru Harry isə həmin zaman Yaponiyada olub.
Uvertura.az etonline.com nəşrinə istinadən xəbər verir ki, mətbuatda gəzən boşanacaqları şayiələrinə rəğmən cütlük daha öncə, yəni avqustun 4-də Meganın 42 yaşını qeyd etmək üçün bir yerdə olublar.
Cütlüyü görənlərin sözlərinə əsasən onlar birlikdə gülürdülər, xoş zaman keçirirdilər. Bu isə ayrılacaqları söz-söhbətlərini yalan çıxarır.