76-cı “Cannes Film Festivalı”nda “Ən yaxşı qadın aktrisa” mükafatını alan türk aktrisa Merve Dizdar jurnalistlərə tədbirdən sonra açıqlama verib.
Uvertura.az xəbər verir ki, aktrisa qeyd edib ki, izləyicilərdən yaxşı geridönüşlər əldə etmişəm: “Özümü milli futbolçu kimi hiss edirəm. Beynəlxalq kubok əldə etmiş kimi gəlir”.
Şəxsi həyatı ilə bağlı da danışan Dizdar deyib ki, həyatımda heç kim yoxdur, amma eşqə qapalı da deyiləm. “Xərçəng bürcüyəm. Melanxolik bir insanam. Mən sadəcə duyğusal deyil, melanxolik bir insanam. Çox empatiya qururam. Bu, normal həyatda bəzi vəziyyətlərdə bezdirici ola bilir. Amma iş həyatımda gərəyimə çatır. Bu günə qədər çox nəsnə üçün çalışdım. Özümə və sevdiklərimə çox əmək və şans verirəm”, – deyə o, qeyd edib.
Əlavə edək ki, mükafat ona Nuri Bilge Ceylanın rejissorluğu ilə çəkilmiş “Kuru Otlar Üstüne” filmindəki performansına görə verilmişdi.