Rusiyanın Ukraynaya hücumu səbəbindən bir çox texnologiya şirkəti, xüsusən də Google bəzi xidmətlərini dayandırmaq qərarına gəlmişdi. Microsoft tərəfindən də sanksiya tətbiq edilmiş,şirkət ölkədəki fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəldiyini və yeni satışları dayandırdığını açıqlamışdı.Bununla belə, şirkət Rusiyadakı özəl şirkətlərlə işləməyə davam edəcəklərini açıqlayıb.Bu addım birbaşa Microsoft-un əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir. Rusiya mətbuatında yer alan xəbərlərə görə, Microsoft müştərilərinə lisenziyalarını yeniləmək üçün bildirişlər göndərməyə başlayıb.
Microsoft-dan geri addım
