Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüş olub – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Mədəniyyət

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüş olub

Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 85 illiyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli muzeydə olub, kollektivlə görüşüb.

Uvertura.az xəbər verir ki, muzeyin direktoru, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov mədəniyyət ocağının tarixindən söz açıb. Qeyd edib ki, muzey dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1939-cu il 1 noyabr tarixli qərarı ilə yaradılıb. Lakin II Dünya müharibəsi səbəbindən muzeyin açılışı 1945-ci il mayın 14-də olub.

Akademik bildirib ki, xalqımızın bütün ədəbiyyat tarixini ən qədim zamanlardan müasir dövrə qədər özündə əks etdirən yeganə ədəbiyyat muzeyi olan bu müqəddəs söz sarayı artıq bir əsrə yaxındır ki, Azərbaycan xalqının mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Bu gün muzeyin müasir dünya standartlarına cavab verən, yenidən qurulmuş, tam kompüterləşdirilmiş, innovativ vasitələrlə zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapıb. Dünyanın hər yerindən Azərbaycana gələn qonaqlar Ədəbiyyat Muzeyini məmnunluq hissi ilə ziyarət edirlər. Ekspozisiyada qədim əlyazmalar, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, yazıçıların xatirə əşyaları, sənədli fotoşəkillər və s. qorunur, nümayiş etdirilir.

Diqqətə çatdırılıb ki, muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış ola bilərlər.

Muzeydə bir çox ədəbiyyat və sənət xadimlərimizin xatirə fondları tədqiqatçı alimlər üçün geniş imkanlar yaradır.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi milli dəyərlərimizi yaşadan bir ocaqdır: “Muzeyin yaranma tarixi Nizami Gəncəvinin adı ilə bağlı olsa da, o, Azərbaycanın zəngin ədəbiyyat tarixini və bütövlükdə qeyri-maddi mədəni irsini özündə ehtiva edən böyük bir mərkəzdir. Muzey uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərərək böyük bir dəst-xət qoyub. Muzeyin hazırda Mədəniyyət Nazirliyi sistemində olması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın mədəniyyət siyasəti elmə, təhsilə, ümumiyyətlə, maarifləndirməyə köklənmiş bir istiqamət götürüb. Bu, Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətidir. Azərbaycanın ədəbiyyat və mədəniyyətinin qorunmasında, təbliğində bu muzeyin xüsusi rolu var”.

Nazir 85 illik yubiley münasibətilə muzeyin kollektivini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə və muzeyin yaradılmasının 85 illik yubileyi münasibətilə kollektiv Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub.

Adil Kərimli Fəxri diplomu direktor Rafael Hüseynova təqdim edib.

Görüşdən sonra nazir muzeyin zəngin ekspozisiyası ilə tanış olub.

You may also like