Bakı şəhəri Xətai Sənət Mərkəzində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində ilk tədbir keçirilib. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi kiçik qrant müsabiqəsində qalib olub və Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilir.
Uvertura.az xəbər verir ki, layihənin rəhbəri və aparıcısı Güllü Eldar Tomarlı çıxışında layihənin mahiyyəti, məqsədləri və həyata keçiriləcək fəaliyyətlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihə Azərbaycan xalqının zəngin geyim mədəniyyətinə aid kişi və qadın baş geyimlərinin – kəlağayı, örpək, papaq, araqçın və digər ənənəvi örtüklərin tədqiqi, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.