magbo system
Mədəniyyət

Milli İncəsənət Muzeyində Cavidan Babazadənin solo konserti olub

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin XI sinif şagirdi, Respublika və beynəlxalq müsabiqələr laureatı Cavidan Babazadənin solo konserti keçirilib.

Uvertura.az-a bildirilib ki, konsert proqramı Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun rəhbərliyi ilə hazırlanıb. Tədbirdə, həmçinin beynəlxalq müsabiqələr laureatı Nuray İsmayılova da çıxış edib.

Proqramda Handel, Vivaldi, Motsart, Stradella və Baxın əsərləri, eləcə də Nəsiminin qəzəli əsasında bəstələnmiş “Ey təbib” səsləndirilib. Konserti fortepianoda Svetlana Əhmədova müşayiət edib.

Tədbirin sonunda Cavidan Babazadə və İlham Nəzərov fəxri fərmanla təltif olunublar.

You may also like