Uvertüra.az xəbər verir ki, “Yeddi oğul istərəm” filmində “Cəlal”, “Uşaqlığın son gecəsi” filmində “Murad”, “Dərviş Parisi partladır” filmində “Şahbaz” obrazlarını yaradan, sevilən aktyor Ənvər Həsənovun vəziyyəti ağırlaşmışdı.
Sosial mediada yayılan xəbərlərə açıqlama Mədəniyyət Nazirliyindən gəldi. Onlar bildirdilər ki, Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, mətbuatda izlədikləri xəbər əsasında Ənvər Həsənovun ailə üzvləri ilə əlaqə saxlayıblar.
Ailəsi ilə danışıqlarına əsasən aktyora müvafiq istiqamətdə dəstək göstəriləcəkdir.