Müstəqillik Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “28 May – Müstəqillik Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan Uvertüra.az-a bildirilib ki, sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cumhuriyyet/index.html linkindən istifadə edə bilərlər.