Mədəniyyət

Milli Kitabxanada Kəlbəcər Şəhəri Günü ilə bağlı sərgi açılıb

Milli Kitabxanada “25 Noyabr – Kəlbəcər Şəhəri Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Kitabxanadan Uvertura.az-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Kəlbəcər şəhərinin tarixi, coğrafiyası ilə bağlı materiallar öz əksini tapıb.

Həmçinin Milli Kitabxananın fondunda mühafizə olunan, Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən kitablar, məqalələr Azərbaycan, rus, ingilis dillərində nümayiş olunub.

You may also like