“Azərbaycan musiqisi dünyada heç yerdə qəbul edilmir. Çünki Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir”.
Uvertura.az xəbər verir ki, bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.
Siyavuş Kərimi ölkədəki musiqi studiyaları məsələsinə toxunub:
“Elementar bir şeyi deyim, Azərbaycan himni İngiltərədə yazılıb. O üç dəqiqəlik səsyazmaya görə Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik”.