Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Milli Muğam Müsabiqəsi keçirilir.
Müsabiqənin ilk turu 24-25 aprel tarixlərində Azərbaycan Milli Konservatoriyasında keçirilib. İkinci tur aprelin 26-da təşkil olunub. Müsabiqənin yekun konserti isə aprelin 30-da keçiriləcək.Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil olunub.Hər iki kateqoriya üzrə AMK-nın rektoru Xalq artisti Siyavuş Kərim, instrumental ifaçılıq üzrə münsiflər heyətində Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev və Çinarə Heydərova, xanəndəlik üzrə isə münsiflər heyətində Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasov yer alıblar.Aprelin 25-də birinci turun daha 18 iştirakçısı səhnədə yer alıbƏvvəlcə instrumental ifaçılıq üzrə dinləmələr keçirilib. İfaçılara ümumilikdə 2 saat yarım vaxt ayrılıb.Sonra xanəndəlik kateqoriyası üzrə dinləmələr həyata keçirilib. Ümumilikdə ifaçılara 3 saat vaxt ayrılıb.Hər iki kateqoriya üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə müvafiq olaraq 7 000, 5 000 və 3 000 manat mükafat nəzərdə tutulub.Milli Muğam Müsabiqəsinin qalibləri – xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Qeyd edək ki, 2009-cu ildən bəri Heydər Əliyev Fondunun təşəbbüsü ilə milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Gülçin Məmmədova