Mayın 21-də Azərbaycan Milli Xalça Muzeyində Latviyada fəaliyyət göstərən Yanis Akuraters Muzeyi üçün yenidən yaradılan Qarabağ qrupuna aid “Dəryanur” xalçasının təqdimatı keçirilib.
Uvertura.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Latviya Parlamentinin sədri Daiga Mierina, Latviyanın Xatirə Muzeyləri Birliyinin direktoru Rita Meinerte, Yanis Akuraters Muzeyinin direktoru Maira Valtere çıxış ediblər.