Müğənni Elçin Cəfərov avtomobil qəzası keçirib.
Uvertura.az xəbər verir ki, sənətçi bu barədə proqramların birində danışıb. O, qarlı havada avtomobilinin sürüşdüyünü və digər maşınla toqquşduğunu bildirib:
“Qar yağdığı üçün maşın sürüşdü və digər avtomobilə çırpıldım. Yollar bir qədər sürüşkəndir. Mən belə bir vəziyyətlə ilk dəfə qarşılaşdım. Avtomobil sahibilə mehriban bir şəkildə salamlaşdıq, heç bir əlavə şeyə ehtiyacımız olmadığını dedik və ayrıldıq. Bilmədim, məni tanıyıb-tanımadığını. Bəzən olur ki, maşın vurulanda, düşüb danışmağa başlayırsan, elə əsəbi olur ki, “bağışla” deyirsən”.