“X-Factor”un müğənnisi, ingilis Tom Mann-ın həyat yoldaşı Dani Hampson evləndikdən 1 il sonra, evlənmə ildönümündə vəfat edib.
Uvertura.az eonline.com-a istinadən xəbər verir ki, o, özünün sosial şəbəkəsində bu haqda məlumat paylaşıb və 20 aylıq oğlu ilə birgə sevimli həyat yoldaşını anıb.
“Mən çox xoşbəxtəm ki, sənin kimi xüsusi biri məni seçmişdi. Səni sevməyimə icazə verdiyinə görə çox sağ ol”, – deyə Tom əlavə edib.
Qeyd edək ki, onun ölüm səbəbi həmin vaxt hər kəsə açıqlanmamışdı.