Beynəlxalq Muğam Mərkəzində “Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən xeyriyyə tədbiri təşkil olunub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki,“Huma Quşu: Xeyirxahlıq və cəsarət bələdçisi” adlı gecədə iştirakçılar əvvəlcə rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə “Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova çıxış edərək, gecənin əhəmiyyəti və məqsədi barədə məlumat verib.
Gecə ərzində Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik jazz” qrupu konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, fond iki il ərzində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verdib