Fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində eyniadlı tədbir təşkil edilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uvertura.az xəbər verir ki, tədbir çərçivəsində “Xocalıya ədalət gənclərin gözündə” adlı süni intellekt müsabiqəsinin sərgisi nümayiş olunub. Sərginin məqsədi süni intellektdən istifadə edərək Xocalı soyqırımını gənclərin yaddaşına həkk etməkdir. Müsabiqədə I, II və III yerə layiq görülən və fərqlənən gənclərə mükafat təqdim olunub.
Tədbirin sonunda “Cadenza” Müasir Orkestri və Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi konsert proqramı ilə çıxış ediblər.