“Musaya böyrəyimi vermərəm.”
Uvertura.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “Rəngarəng” verilişində bildirib. Həyat yoldaşı, müğənni Musa Musayevlə bağlı verilən suala isə belə cavab verib:
“Əzrailə nə deyim? Söyləyim ki, gəl, mənim canımı al? Sevgi, ailə öz yerində. Amma Əzrail canımızı almağa gələrsə, seçim qarşısında qalsam, əlbəttə ki, deyəcəyəm Musa, halal xoşun olsun, apar. Öz canımı daha çox sevirəm.”