Proqramın əsas məqsədi karyeralarının başlanğıcında olan müğənnilərə potensiallarını gerçəkləşdirmək üçün imkan yaratmaqdır.
Qeyd edək ki, inkubasiya proqramına üzv olacaq şəxslər üçün vokal müəllimləri ilə dərslər, aktyorluq sənəti, xoreoqrafiya, media ilə əlaqələr və psixologiya mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda iştirakçılar 3 ayın sonunda ən azı bir mahnı və bir videoklipin müəllifi olmaq şansını əldə edəcəklər. Fərqlənən iştirakçıların musiqi sənayesi bazarında peşəkar fəaliyyət üçün səsyazma şirkətləri ilə müqavilə əsasında əməkdaşlığı təmin ediləcək.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə bağlı həyata keçiriləcək inkubasiya proqramına qeydiyyat üçün son tarix 31 dekabr 2023-cü ildir.
Qeydiyyat üçün hub.creative.az saytına daxil olaraq “Musiqi” bölməsinə keçid etmək lazımdır.