Mədəniyyət

Musiqili Teatrda Rumıniya folklor gecəsi keçirilib

Dekabrın 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Rumıniya folklor gecəsi təşkil olunub.

Uvertura.az xəbər verir ki, tədbirdə “Tara Vrancei” adlı peşəkar folklor ansamblı musiqi nömrələri ilə çıxış edib.

Ansamblın ifaçısı Ştefan Nequre konsert proqramı barədə məlumat verib. O, proqramın Rumıniya ilə Azərbaycan arasında möhkəm dostluq münasibətlərinə həsr edildiyini söyləyib.

“Azərbaycanlılar bizi elə səmimiyyətlə qarşıladılar ki, özümüzü doğma yurdumuzdakı kimi hiss etdik. Teatrlar, konsert salonları öz zərifliyi ilə adamı valeh edir. Belə ölkədə yaşamaq, bu qədər mədəniyyətin, tarixin və incəliyin içində olmaq həqiqətən heyrətamizdir. Rumıniyanın milli bayramının qeyd edilməsi səbəbilə daha beş şəhərdə çıxış edəcəyik”,- deyə o əlavə edib.

You may also like