Mədəniyyət

Muzey Mərkəzində “Sənin adın nədir?” adlı sərgi açılıb

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub.

Uvertura.az xəbər verir ki, sərginin nümayişindən əvvəl “East or West” musiqi qrupunun ifası dinlənilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, gənc rəssamların yaradıcılıqlarını dəstəkləmək əsas amildir. “Sərgi gənc rəssamları yeni nailiyyətlərə ruhlandırmağa kömək edəcək. Sərginin əsas ideya xəttini təşkil edən “Sənin adın nədir?” sualı iştirakçılardan fərdi kimliklərini, daxili duyğularını və ətraf mühitə dair qavrayışlarını sənət dili vasitəsilə ifadə etməyi tələb edir”, – deyə M.Hüseynov əlavə edib.

You may also like