Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb.
Uvertura.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin hər bir mərhələsi musiqi və təsviri sənətin müəyyən epoxasına həsr olunacaq. Tamaşaçılar konsertdə musiqi dinləməklə yanaşı, həm də həmin dövrün sənət əsərləri ilə onları yaxından tanış edəcək tematik ekskursiyada iştirak etmək kimi unikal imkan əldə edəcəklər. Nəticədə isə bu və digər epoxanın mədəniyyəti ayrılmaz vəhdətdə qavranılacaq. Ölkəmizin aparıcı musiqi ocaqları ilə əmakdaşlıq əsasında hər ay yeni proqram tərtib olunacaq. Tamaşaçılara həm dünya klassik musiqisindən, həm Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər, həm də milli, caz, etnik musiqi təqdim ediləcək.