magbo system
Mədəniyyət

Muzeydə “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib

Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sənətşünas Əsəd Quliyev çıxışında Xocalı soyqırımının Azərbaycan təsviri sənətində əksini və muzey kolleksiyasında qorunan əsərlərin tarixi əhəmiyyətini vurğulayıb.

Uvertura.az xəbər verir ki, çıxış edənlər Xocalı həqiqətlərinin təbliğinin vacibliyini qeyd edərək, bu mövzunun milli yaddaşın formalaşmasında mühüm rol oynadığını bildiriblər.

You may also like