Müğənni Nəfəs “Tarixi bir günü” verilişinin qonağı olub.
Uvertura.az xəbər verir ki, sənətçi səhhətində problem yaranan oğlu barədə açıqlama verib.
Narahatlığını dilə gətirən müğənni övladının psixoloji çətinlikləri ilə bağlı bunları deyib:
“Böyük oğlumla bağlı problem yaşayıram. Psixoloji problemləri yaranıb. Onun xəstəliyi ilə bağlı efirlərdə danışılanlar ona travma yaşatdı. Ancaq özü bu günlərdə deyir ki, yaxşı deyiləm, heç bir şeydən müsbət enerji ala bilmirəm, xoşbəxt deyiləm. Niyə oxumalıyam, nə üçün yaşamalıyam?
Hətta oğlumun məktəbindən də bununla bağlı çağırdılar və danışdıq. Təhlükəli düşüncələrdir. Bu barədə çox danışmaq istəmirəm, yenə eşidər.”