Mədəniyyət

“Nəsildən-nəslə teatr” layihəsi uğurla davam etdirilir

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində keçirilən tematik seminarın növbəti paneli “Aktyorluq: təbiət və paradoks” olub.

Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən uvertura.az-a bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov layihənin önəmi barədə fikirlərini tamaşaçılarla bölüşüb.

You may also like