Mədəniyyət

Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında

Almaniyanın populyar “Reimemaschine” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin alman dilinə tərcümə edilmiş “Ey həq əhli, yəqin imiş bu xəbər” şeirinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən uvertura.az-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin alman dilinə tərcümə müəllifi tanınmış alman tərcüməçisi Martin Remanedir.

You may also like