Nəsrin Cavadzadə və Pamir Pekin münasibətlərinə son qoyub?

Ötən ay münasibətdə olduqlarını elan edən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə türkiyəli aktyor Pamir Pekinin ayrıldığı iddia edilir.

Uvertura.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,onların ayrılığına əsas səbəb kimi fərqli həyat tərzləri və münasibətlərindəki emosional bağın zəifləməsi göstərilir.

Cütlüyün sosial mediada bir-birini izləməməyə başlaması da bu iddiaları gücləndirib.

Xatırladaq ki, Nəsrin və Pamir “Sandık Kokusu” serialında sevgili obrazlarını canlandırıblar. Nəsrin Cavadzadə ikinci sezonda seriala “Ayça”, Pamir Pekin isə “Hakan” obrazı ilə qoşulub.

You may also like