Müğənni Nadir Qafarzadə yağış səbəbindən bina evinə suyun damdığını bildirib.
Uvertura.az xəbər verir ki, o, mənzilindən görüntüləri sosial media hesabında paylaşıb.
“Bu da yağışın bizə xeyri. Bu da bizim ustalarımızın etdiyi təmir. Söymürəm, heç nə demirəm. Sağ olsunlar, evə vedrə qoymuşam. Belə şey yoxdur… Bina evində yaşayırıq. Kənd evinə şükür. 18-ci mərtəbə və hamısı damır. Yağışımız da yağış deyil. Dünya xalqlarının yağışına oxşamır, özümüz kimidir. Axı, bu yağış bina evinə niyə damsın? Ustalardı da… Sizə nə deyim? Evdə əski qalmayıb, hamısını yığmışam pəncərəyə… Əski, vedrə, ləyən…” deyə, Nadir vurğulayıb