Uvertura.az Axşam.az-a istinadən xəbər verir ki, o, həyat yoldaşı, bloger Fərid Abdullayevdən ayrıldığını, artıq övladları ilə İstanbulda yaşadığını bildirib:
“Fikirlərimi dostlarmın köməkliyi ilə səhvsiz yazmağa çalışacağam. İlllər əvvəl gözüm gülərək gəldiyim Bakımdan gözüm arxada qala-qala ayrıldım. Həyatımı orada qurmuşdum, mənim şəhərim olmuşdu. Siz də “Türk gəlini” deyə-deyə məni qəbul etmişdiniz. Hər biriniz var olun.
Bir neçə gün əvvəl atam Bakıya son əşyalarımı toplamağa gəldi. Qismət… Bağım demək olar ki, kəsilir. Orada çox dostlarım, çalışdığım insanlar var. Gəlib, qayıdacağam, amma başımı salacaq bir yuvam olmayacaq. Bir qonaq kimi Bakıda olmağım məni incidəcək, amma olsun. Hər şey hamı üçün yaxşı olsun. Çətin günlər keçirirəm, bəzən xoşbəxtliyi oynayıram. Sağlıq olsun. Daha gözəl günlərə doğru… Haqqınızı halal edin”.