“Naxçıvan Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub.
Uvertüra az “Report”a istinad edərək xəbər verir ki, Naxçıvan şəhərindəki Əcəmi seyrangahında keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov iştirak ediblər.