Naxçıvan Dövlət Uşaq Teatrında keçirilən tədbirin açılışında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Bu, tədbirə xüsusi bir mənəvi dəyər qatmış və ölkəmizin milli birlik və həmrəylik ruhunu bir daha vurğulamışdır.
Bu təşəbbüs, cəmiyyətdə autizm spektr pozuntusu olan uşaqların hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi baxımından mühüm addımdır.
Uvertura.az xəbər verir ki tədbirdə çıxış edənlər bildiriblər ki, belə bir təşəbbüsün Muxtar Respublikada sosial həmrəyliyi və inklüzivlik prinsipini gücləndirəcəyini, bu cür birliklərin autizmli uşaqlar və onların ailələri üçün sosial dəstəyin gücləndirilməsində mühüm rol oynadığını qeyd etmiş, dövlətin və cəmiyyətin bu mövzuda davamlı səylərinin vacibliyini xüsusi vurğulamışlar.
Çıxışlardan sonra Naxçıvan Dövlət Uşaq Teatrının kollektivi tərəfindən autizmli uşaqların həyatını əks etdirən səhnəcik təqdim edilib.
Sonra Naxçıvan şəhər Uşaq,Musiqi,İncəsənət və Bədii Sənətkarlıq məktəbinin şagirdlərindən ibarət rəqs və xor kollektivi müxtəlif musiqi nömrələri ilə çıxış edib.