Aparıcı Zaur Kamal, müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü, sahib olduğu restoranda işdən çıxardığını bildirib.
Uvertura.az Big.az-a istinadən xəbər verir ki, bu barədə verilişində danışan Zaur, “İki il yanında işləyib, indi onu işdən çıxarıb. Deyir ki, mənə dəstək oldu, işə götürdü. İndi isə şikayət edir ki, niyə məni işdən çıxardıb” sözlərini əlavə edib.
Niyam isə buna cavab olaraq bildirib: “Restoran hələ açılmayıb, necə işdən çıxardım? Yalan danışır. Həmin sənətkarın xanımını işə dəvət edəndə onun adını necə qoyum? Gülü yanımda nə işləyir? Aşpaz köməkçisi? Yox. O, işləmir, onun əsas rolu mənim yanımda olmaqdır. Yanımda sağ əlim olacaq” deyib.
Qeyd edək ki, Rəmişin vəfatından sonra xanımı restoranda işləməyə başlamışdı.