Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada Cıdır düzündə olub.
Uvertura.az xəbər verir ki, “Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qonaqlar Şuşa qalasına da baş çəkib, şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.
Nümayəndə heyətinin üzvləri Ermənistanın işğal zamanı törətdiyi cinayətlərin nəticələrini gözləri ilə görüblər.