Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Nyu-Yorkda “Leylanın skripkası” filminin təqdimatı keçirilib – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Dünya Xəbərləri Mədəniyyət

Nyu-Yorkda “Leylanın skripkası” filminin təqdimatı keçirilib

ABŞ-nin Nyu-York şəhərində “Museum of Jewish Heritage”də (“Yəhudi İrsi Muzeyi”də ) “Leila’s violin” (“Leylanın skripkası”) qısametrajlı bədii filminin təqdimat mərasimi keçirilib.

Uvertura.az xarici mediyaya istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Yəhudi İcmasının təşkilatçılığı ilə keçirilən gecədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən Azərbaycan icmasının aktivləri və təşkilat rəhbərləri, yəhudi icmalarının nümayəndələri, yerli və xarici KİV təmsilçiləri, sənətsevərlər iştirak ediblər.

Gecədə çıxış edən filmin rejissoru, musiqiçisi və yazıçısı Ella Leya bildirib ki, ekran əsərində yaşanmış bir həyat hekayəsini bədiiləşdirməyə çalışıb. Müəllif doğulduğu Vətən torpağına, Azərbaycana dərin bağlarından söz açıb. Belə ki, 20 yaşında öncə Bakıdan Moskvaya, oradan isə 1990-cı ildə ailəsi ilə bərabər Kaliforniyaya köç edən Ella Leylanı aradan keçən zaman və məsafələr Azərbaycandan ayırmayıb: “Leylanın skripkası” Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün doğulduğu yerə – Azərbaycana, Quba dağlarında dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən, burada sufi və kabalizm mistikləri ilə tanış olmasından və qırmızı skripkanın ruhu ilə qarşılaşmasından bəhs edir. Biz həm də filmdə Azərbaycanda tarix boyu bütün dinlərin və etnik qrupların birgə sülh və əmin-amanlıq şəraitində mövcud olması üçün ən gözəl şəraitin yaradıldığını nəzərə çatdırmağa çalışdıq”.

Müəllif qeyd edib ki, filmdə baş rolları tanınmış azərbaycanlı skripkaçı, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Group”un İdarə Heyətinin üzvü Sabina Rakçeyeva və Hollivudun gənc aktrisası Sofiya Rossinski canlandırıblar”.

Musiqiçi Sabina Rakçeyevanın skripkada və Nyu-Yorkda yaşayan Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarovanın fortepianoda həzin ifası və Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdlərinin milli rəqsləri gecəyə xüsusi ovqat qatıb.

Daha sonra qonaqlar “Leylanın skripkası” bədii filmini izləyiblər. Filmdə Azərbaycanın füsunkar təbiətinin gözəllikləri, musiqisi, zəngin mədəniyyəti, adət-ənənələri öz əksini tapıb. Göz oxşayan görüntülərin musiqi ilə vəhdətindən ərsəyə gələn sənət əsəri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, ekran əsərini şair Nigar Həsənzadə səsləndirib, filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir. Müəllif bildirib ki, “Leylanın skripkası” qısametrajlı bədii filmi Monako Film Festivalında “Mələk” (“Angel”) mükafatının qalibi olub.

You may also like