Xalq artisti Röya Ayxan iştirak etdiyi məclislərin birində atdığı addımı ilə hər kəsi məəttəl qoyub.
Uvertura.az xəbər verir ki, çıxışını yekunlaşdırıb kulisdə dincələn sənətçi duet ortağı repçi Elşad Xosenin “Gəl danış” mahnısını oxuduğunu eşidərək, səhnəyə qaçıb.
İdman ayaqqabısı ilə səhnəyə çıxan Röya Elşadı qucaqlayaraq, üzündən öpüb və əlinə mikrofonu alaraq sözügedən nəğməni bəy-gəlin və qonaqlar üçün birlikdə ifa edib.
Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən estrada ulduzu “Arada belə də olur. Ürəyim istəyəndə…” sözlərini yazıb.