İyulun 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında baxımlı tamaşalardan hesab olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrdan Uvertura.az-a bildirilib ki, ikihissəli musiqili komediyanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı isə Əməkdar rəssam İsmayıl Məmmədovdur.