“TV 8”in məşhur proqramlarından olan “O Səs Türkiyə”nin yayımlanma tarixi açıqlanıb.
Uvertura.az Türkiyə mediasına stinadən xəbər verir ki, yarışma proqramı fevralın 8-də tamaşaçılarla görüşəcək.
Yenidən ekranlara qayıdan proqramın münsifləri isə Beyazıt Öztürk, Gökhan Özoğuz, Hadise və Melike Şahin olacaq.
Qeyd edək ki, əvvəlki açıqlamalara görə, Acun Ilıcalı “O Səs Türkiyə”nin Yeni il buraxılışında layihənin yanvarın 25-də başlayacağını bildirmişdi.