Məşhur “O Ses Türkiye” verilişinin yeni mövsümündə iştirak edəcək münsiflərin adları açıqlanıb.
Uvertura.az xəbər verir ki, bu barədə verilişin rəsmi səhifələrində məlumat paylaşılıb.
Uzun fasilədən sonra tamaşaçılarla yenidən görüşəcək “O Ses Türkiye”nin münsiflər kürsüsündə Gökhan Özoğuz, Hadisə, Beyazıt Öztürk (Beyaz) və Melike Şahin oturacaq.
Qeyd edək ki, layihənin aparıcısı və prodüseri Acun Ilıcalı, verilişin yeni il xüsusi buraxılışında müsabiqənin 25 yanvarda başlayacağını bildirmişdi. Veriliş TV8-də yayımlanacaq.