Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca yenidən seriala çəkilir.
Uvertura.az xəbər verir ki, “Ben bu cihana sığmazam” serialından sonra “Kim milyoner olmak ister?” proqramının aparıcısı olan aktyor, indi “Ev hapsi” adlı serialda baş rolu canlandıracaq.
Oktay Kaynarca, həmçinin prodüseri olduğu bu serialda korrupsiya və rüşvət ittihamları ilə ev dustaqlığında olan bələdiyyə sədri Aziz Saygını oynayacaq.
Ssenari müəllifi Ercan Mehmet Erdem tərəfindən yazılmış bu serial 8 bölümdən ibarət olacaq və “GAİN” platformasında yayımlanacaq.
Hadisələrin İstanbulda keçəcəyi serialda Oktay Kaynarca ilə yanaşı, Rojda Demirer, Kadriye Kenter, Hakan Boyav, İpek Çiçek, Hakan Karsak və digər tanınmış simalar da rol alacaq.