Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits.
Ədəbiyyat Kino Teatr Yazarlar

Onun haqqında bilmədiklərimiz -Abbas Mirzə Şərifzadə

Uvertura.az onun haqqında bilmədiklərimiz rubrikasını təqdim edir. Bu gün Abbas Mirzə Şərifzadə haqqında danışacağıq.

Abbas Mirzə Şərifzadə 22 mart 1893-cü ildə anadan olmuşdur. Yaşadığı dövrdə Azərbaycan teatr və kino tarixinin önəmli şəxsiyyətlərindən biri kimi yaddaşlarda qalmışdır.

O, Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru həmçinin, Azərbaycan SSR xalq artisti idi.

Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində də o, “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırmış.

Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin ən kuliminasiya nöqtəsində, əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm qəzəblənir.

Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya şagirdlərinin hazırladığı tədbirlərdən uzağa getmirdi.

Gimnaziyanın əlaçı şagirdlərindən biri sayılan Abbas bütün tədbirlərin gözü imiş. Heç bir tədbir onsuz ötüşmürmüş. Artıq Abbas rola girməkdən, neçə-neçə insanın ona diqqət kəsilməsindən xüsusi zövq aldığını hiss edirdi. Çox-çox sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni yada salarmış. Bu, o hadisədir ki, onu yalnız başlanğıc adlandırmaq olar. Gimnaziyaya yenicə daxil olan Abbas növbəti tədbirlərin birində müəlliminə yaxınlaşıb, şer demək istədiyini bildirir. Müəllim də özündə cəsarət tapıb, səhnəyə çıxmaq istəyən Abbasın sözünü yerə salmır. Abbas şəstlə səhnəyə çıxır, bir anlıq çaşsa da, tez özünü toplayıb, Lermontovun “Şairin Ölümü” şerini deyir.

“Şeri söyləyəndə elə bilirdim dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şerin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.

Beləliklə, atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Nə qədər ziyalı, geniş dünyagörüşlü olsa da, dövrünün adamı olan Mirzə Rəsul oğlunun bu istəyini heç cür qəbul etmir. O, tez-tez oğluna mühitin aktyorluq sənətinə münasibətini xatırladır. Abbas nə atasının, nə də mühitin etirazına məhəl qoymayıb, özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır.

1917-ci ildə Bakıda “Müsəlman Artistləri İttifaqı” yaradıldı. 1918-ci ilin mart ayınadək fəaliyyət göstərən bu ittifaqa Abbas Mirzə Şərifzadə rəhbərlik etmişdir.

 

Oxşar Xəbərlər