magbo system
Mədəniyyət

Orkestrdən 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert

Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyi çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

Uvertura.az xəbər verir ki, dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçirilən konsertdə Azərbaycan və dünya xalqlarının rəqs melodiyalarından ibarət zəngin musiqi proqramı səsləndirilib.

Konsertdə Əməkdar artist Gülüstan Əliyeva, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Nurlana Abdullayeva, beynəlxalq və respublika müsabiqələri laureatı Aysu Sadıqova və digər ifaçılar çıxış ediblər.

Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaradılmasının 95 illiyi tamam olur və il ərzində yubiley çərçivəsində konsert proqramları davam edəcək.

You may also like