Şou-biznes

Orxan Lökbatanlı: “Meyxanaçıların normal həyatı olmur”

“Meyxanaçı olmasaydım, saçım vaxtından tez ağarmazdı. Meyxanada əsəb, stres, həyəcan, yuxusuz gecələr var”.

Uvertura.az xəbər verir ki, bunu Baku TV-nin “Qapqara” verilişində qonaq olan meyxana ustası Orxan Lökbatanlı deyib.

Sənət yoldaşları ilə dostluğundan da danışan meyxanaçı onlarla çox dərin bağ qurduğunu deyib:

“Vüqar Biləcəri ilə elə şeyləri dərdləşirdim ki, onları heç kimə deyə bilmərəm. Məni ancaq o başa düşürdü. Hamı Vüqarı hökmranlıq edən meyxanaçı kimi tanıyıb. Amma onunla elə günlərimiz olub ki, saatlarla dərdləşmişik, başımızı bir-birimizə söykəyib ağlamışıq. Vüqarın ürəyi uşaq ürəyi kimi idi”.

You may also like