97-ci “Oskar” mükafatlandırma mərasimində qırmızı xalçaya çıxan ispan aktrisa Penelopa Kruz libası ilə xüsusi diqqət çəkib.
Uvertura.az xəbər verir ki, 50 yaşlı aktrisa qırmızı xalçada ağ libası ilə poza verərək gecənin ən dəbli adlarından biri olub.
Penelopa Kruz bu mərasim üçün məşhur moda evi “Chanel”in dizayn etdiyi libası seçib. Paltarın hazırlanmasının düz 254 saat çəkdiyi məlum olub. “1992 Spring/Author Haute Couture” kolleksiyasından ilhamlanan bu geyimdə minlərlə dollar dəyərində brilyant detalları yer alıb.