Türkiyəli aktrisa-müğənni Öykü Gürman həyat yoldaşı Fatih İçmeli ilə Bakıda nikah masasına əyləşməsindən ilk dəfə danışıb.
Uvertura.az xəbər verir ki, ifaçı “Niyə Azərbaycanda evləndiniz” sualını belə cavablayıb.
“Mahnı almağa, konsert verməyə getdim. Konsulluğa getmişkən evləndik. Bakını sevirəm. Vətənə olan sevgi məndə çoxdur. Bir millət, iki dövlətik. Atam tərəfi də Azərbaycandandır. Bizim üçün gözəl toy etdilər. Xalq mahnıları və yeməkləri əfsanəvi idi” deyə, Öykü söyləyib.
Qeyd edək ki, cütlük ötən ilin oktyabrında Bakıda nikah bağlayıb.